Bakı. Trend:
Avqustun 16-da Yaponiyada “Ampil” qasırğası səbəbindən 500-ə yaxın daxili reys ləğv ediləcək.
Trend-in məlumatına görə, "JAL" aviaşirkəti 191 reysin ləğv edildiyini açıqlayıb. Ölkənin ikinci ən böyük aviadaşıyıcısı ANA tərəfindən ən azı daha 280 reys ləğv edilib.
Ölkənin şərqində və şimal-şərqində bir neçə xətt üzrə qatarların hərəkətinin dayandırılması istisna etmir.
Meteoroloqların məlumatına görə, qasırğa avqustun 16-da səhər saatlarında Yaponiyanın paytaxtına yaxınlaşacaq. Hazırda tropik qasırğanın keçdiyi ərazidə küləyin sürəti 30-45 m/s-ə çatır.