Bakı. Trend:
Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan sabiq deputatı Qurgen Arsenyan ölkənin Rusiya Federasiyasındakı yeni səfiri təyin edilib.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bununla bağlı müvafiq fərman imzalayıb.
Qeyd edək ki, avqustun 13-də Q.Arsenyanın deputat kimi səlahiyyətlərinə xitam verilib.