Bakı. Trend:
Ötən aydan bəri Pakistanda başlayan musson yağışları və daşqınlar baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, nəticədə azı 187 nəfər həlak olub. Qurbanlar arasında 96 uşaq və 30 qadın var. 333 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Qeyd edilib ki, son sutka ərzində yağışlara görə, 24 nəfər həlak olub.