...

Rusiyalı milyarder saxlanılıb

Dünya xəbərləri Materials 22 Avqust 2024 17:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nijni-Novqorodda hüquq-mühafizə orqanlarının əməkdaşları milyarder Dmitri Volodini məmura rüşvət verməkdə şübhəli bilinərək saxlayıblar.

Trend xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.

Məlumata görə, Volodin 2023-cü ildə Rosreestr əməkdaşına rüşvət verməkdə şübhəli bilinir. Digər təfərrüatlar və hallar açıqlanmayıb.

Qeyd edilir ki, Volodin “Ədalətli Rusiya”nın regional bölməsinin deputatı olub. Onun ölkədə ondan çox şirkəti var, o həm də xeyriyyəçi kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti