Bakı. Trend:
Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.
Məlumata görə, onun törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.
Qeyd edilir ki, K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.