Bakı. Trend:
İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində azı 30 nəfər həlak olub.
Trend-in Al Jazeera-ya istinadən verdiyi məlumata görə, hava zərbələri anklavın mərkəz, şimal və cənub hissələrini hədəfə alıb. Həlak olanlar arasında qadınlar və uşaqlar da var.
Hücumların intensivləşməsi ilə Qəzza zolağında humanitar vəziyyət daha da pisləşib, xəstəxanalar və digər vacib infrastruktur ciddi ziyan görüb. Bölgədə su və elektrik təchizatı kəsilib, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Yerli mənbələr həmçinin dərman çatışmazlığının olduğunu və qurbanların artma ehtimalı barədə xəbərdarlıq edirlər. BMT və digər beynəlxalq təşkilatlar tərəfləri təcili atəşkəsə çağırıb və humanitar yardımların bölgəyə çatdırılmasının vacibliyini vurğulayıblar.