Bakı. Trend:
İran Rusiyaya ballistik raketlər göndərməyib.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Abbas Araqçi özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri bir daha yanlış məlumatlara əsasən addım atıblar.
“Sanksiya tətbiq edən tərəflər özlərindən soruşmalıdırlar ki, İran necə mürəkkəb silahlar istehsal edir və sizin iddianıza görə, satır? Sanksiyalar həll yolu deyil, əksinə, problemin bir hissəsidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, son günlər ABŞ və 3 Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) İranın Rusiyaya ballistik raketlər tədarük etdiyini əsas gətirərək, İrana qarşı sanksiyaları gücləndiriblər.