Bakı. Trend:
İsrail ordusu (ÇAXAL) İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevinin dekabrda tutduğu vəzifədən istefa vermək niyyətində olduğuna dair xəbərləri əsassız adlandırıb.
Trend-im məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.
"Baş Qərargah rəisinin gözlənilən istefa tarixi ilə bağlı məlumat yanlış və əsassızdır", - deyə İsrail ordusundan bildiriblər.
Hərbçilər vurğulayıblar ki, Halevi bütün diqqətini hazırda ordunun qarşısında duran hərbi məqsədlərə nail olmağa yönəldir.
İsrail Müdafiə Qüvvələri dekabrda baş qərargah rəisinin istefasını rədd edib