...

Danimarkanın keçmiş kraliçası xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkanın keçmiş kraliçası yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Bu ilin əvvəlində taxtdan imtina edən Danimarka kraliçası II Marqret Kopenhagendəki xəstəxanaya aparılıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Associated Press məlumat yayıb.

Kral ofisi bildirib ki, o, Fredensborq sarayında yıxıldıqdan sonra "müşahidə üçün" xəstəxanaya yerləşdirilib. Kral kommunikasiyasının rəhbəri Lene Balleby: "O, özünü yaxşı hiss edir". II Marqretin oğlu, Kral Frederik X: "O, etibarlı əllərdədir", - dedi.

II Marqretin 84 yaşı var. Bu ilin yanvarında Danimarka kraliçası II Marqret böyük oğlu Frederikin xeyrinə taxtdan imtinaya imza atıb.

Xəbər lenti

Xəbər lenti