Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Türk Evi"ndə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüş zamanı Ərdoğan, Paşinyana özünün müəllifi olduğu "Daha ədalətli bir dünya mümkündür" kitabını hədiyyə edib.
Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Türkiyə lideri, Ankara ilə İrəvan arasında ilkin şərtlər irəli sürmədən normallaşma prosesində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb və dialoqun davam etdirilməsinə səmimi dəstək göstərməyə hazır olduğunu bildirib.
xxx
00:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yerləşən "Türk Evi"ndə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Trend xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması və Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesləri müzakirə olunub.
Prezident Ərdoğan, Türkiyənin yeni mərhələdə Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsinə dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini vurğulayıb.
Türkiyə lideri, Ankara ilə İrəvan arasında ilkin şərtlər irəli sürmədən normallaşma prosesində mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edərək, dialoqun davam etdirilməsinə səmimi dəstək göstərməyə hazır olduğunu ifadə edib.
xxx
23:35
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Trend bu barədə Türkiyə Prezident Administrasiyasına istinadən məlumat verir.
Məlumata əsasən, ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk evi”ndə baş tutub.