Bakı. Trend:
Özbəkistan yaxın illərdə ÜDM-in həcmini artırmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) İdarə Heyətinin illik toplantısında deyib.
"Ölkənin ÜDM-i 2 dəfə artaraq 100 milyard dolları keçib. Yaxın illərdə biz bu rəqəmi 160 milyard dollara çatdıracağıq. Məqsədimiz əhalinin gəlirlərini orta gəlirdən yuxarı ölkələrin səviyyəsinə çatdırmaqdır", - o bildirib.
