Bakı. Trend:
İsrail ordusu Beyruta növbəti zərbəsi zamanı "Hizbullah" hərəkatının hərbi qanadının kəşfiyyat idarəsinin üzvü Həsən Xəlil Yasini öldürdüyünü bildirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, o, İsrail Hərbi Hava Qüvvələrinin "Hizbullah"ın yerləşdiyi Beyrutun Dahiya bölgəsinə endirdiyi zərbə nəticəsində məhv edilib.
"Yasin [İsrailin] şimal sərhədində və İsrail ərazisinin dərinliklərində mülki və hərbi hədəflərin müəyyən edilməsinə cavabdeh olan şöbəyə rəhbərlik edib", - deyə bildirilib.