Bakı. Trend:
İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi raket hücumu nəticəsində "Hizbullah"ın sabiq lideri Həsən Nəsrullahın kürəkəni Həsən Qasir həlak olub.
Trend-in məlumatına görə, ərəb və Livan mətbuatında yayılan xəbərlərə əsasən, hücum Dəməşqin Məzzə bölgəsindəki 3 mərtəbəli binaya raket zərbələri ilə həyata keçirilib. Qasir, eyni zamanda, İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava zərbələri zamanı öldürülən "Hizbullah"ın yüksək rütbəli komandiri Məhəmməd Cəfər Qasirin qardaşıdır.
Xəbərdə bildirilir ki, Dəməşqə endirilən hücumda azı 3 nəfər ölüb, çox sayda yaralı var.