...

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub

Dünya xəbərləri Materials 5 Oktyabr 2024 03:04 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub.

Trend xəbər verir ki, bu barədə “Associated Press” ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Zərbələr zamanı əsasən qruplaşmaya məxsus silah sistemləri, bazalar və digər avadanlıqların hədəfə alındığı bildirilir.

Məlumata əsasən, zərbələr hərbi təyyarələr və döyüş gəmilərindən atılıb.

Xəbər lenti

Xəbər lenti