...

Konqoda gəmi qəzaya uğrayıb, 100-dən çox insan həyatını itirib

Dünya xəbərləri Materials 5 Oktyabr 2024 10:52 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Kivu gölündə baş verən gəmi qəzası nəticəsində 100-dən çox insan həyatını itirib, onlarla insan itkin düşüb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Gəminin göyərtəsində 450 nəfər olub. 45 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd edilib ki, gəmi oktyabrın 3-də Qoma şəhərinin limanına yaxınlaşarkən çevrilib. Göyərtəsində tacirlər və yükləri olub. Həddindən artıq yüklənmiş gəmi əvvəlcə yana əyilib, daha sonra tez bir zamanda batmağa başlayıb. Onlarla insan suya düşüb.

Xəbər lenti

Xəbər lenti