Bakı. Trend:
İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonunda İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.
Trend-in məlumatına görə, bunu İranın Noşəhr hüquq-mühafizə orqanının komandiri mayor Əli Əkbər Dərvişi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının üzvləri Noşəhr rayonunda izdihamlı turist mərkəzlərindən birində terror aktı planlayıblarmış.
İranlı polis rəisi təhlükəsizlik orqanlarnıın əməkdaşlığı nəticəsində terrorçular müəyyən olunaraq saxlanılıblar.
Noşəhr rayonu İranın turist rayonlarından biri hesab olunur.