Bakı. Trend:
Las-Veqas hava limanında təyyarə sərt enişdən sonra alovlanıb, sərnişinlər və ekipaj təxliyə edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, pilot hələ eniş etməzdən əvvəl salonun içində tüstü olduğunu görüb və yerüstü xidmətlərinə məlumat verib, buna görə də xilasedicilər artıq hazır vəziyyətdə olublar.
Sərnişinlər və ekipaj təcili təxliyə edilib, yanğın isə söndürülüb.