Bakı. Trend:
Qəzza zolağında münaqişənin gərginləşdiyi 1 il ərzində 41,9 mindən çox insan ölüb.
Trend xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölənlərin 60 faizdən çoxu qadın və uşaqlardır.
“İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 41 min 909-a, yaralıların sayı isə 94 min 761-ə çatıb”, - məlumatda bildirilib.