...

HƏMAS lideri İsmail Sinvar sağdır

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 02:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“HƏMAS” Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun bir sükutdan sonra müvafiq şəxslərlə əlaqə saxlayıb.

Trend xəbər verir ki, bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Sinvar son günlər Qətərdəki “HƏMAS” nümayəndələri ilə əlaqəni bərpa edib və onlara müxtəlif məlumatlar çatdırıb.

İsrail rəsmisi bildirib ki, “HƏMAS” lideri, Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı aparılan danışıqlarda mövqeyinin yumşaldılması ilə bağlı heç bir işarə etməyib.

Xəbər lenti

Xəbər lenti