...

"Milton" qasırğası Floridaya yaxınlaşır

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 05:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ sahillərində "Milton" qasırğası güclənir və Florida ştatına yaxınlaşır.

Trend xəbər verir ki,, "Milton" hazırda Florida ştatının Tampa şəhərindən 1,239 km cənub-qərbdə yerləşir və küləyin sürəti 144 km/saatdır. Qasırğanın şərq sahilinə doğru sürətlə irəlilədiyi bildirilir.

Meteoroloqların proqnozlarına əsasən, oktyabrın 9-da ştatın bəzi bölgələrində 12-25 sm, bəzi ərazilərdə isə 38 sm-ə qədər yağış yağması gözlənilir. Həmin gün qasırğanın Floridanın qərbinə çatacağı ehtimal olunur və o, beş ballıq şkala üzrə üçüncü kateqoriyaya (178-208 km/saat) yüksələcək.

Ştatda əhalinin təxliyəsi üçün hazırlıqlar gedir ki, bu da 2017-ci ildən bəri "İrma" qasırğası zamanı 7 milyon insanın evlərini tərk etməsi ilə müqayisədə ən böyük təxliyə ola bilər. Florida qubernatoru Ron DeSantis ştatın 67 əyalətindən 51-də fövqəladə vəziyyət elan edib. O, sakinləri elektrik enerjisinin verilməsində mümkün fasilələr barədə xəbərdar edib və onlardan özlərini bir həftəlik su və qida ilə təmin etmələrini tələb edib.

Qasırğa yaxınlaşdıqca, məktəblərdə oktyabrın 7-dən 9-dək dərslər ləğv edilib. Xatırladaq ki, sentyabrın 19-da dördüncü kateqoriyalı "Helen" qasırğasından sonra ştatda bərpa işləri hələ də davam edir. "Helen" zamanı küləyin sürəti 225 km/saat olub və təbii fəlakət nəticəsində azı 230 nəfərin həyatı itirilib.

Xəbər lenti

Xəbər lenti