Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiyaya səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 11 əməkdaşlıq müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyənin Balkan regionunda ən böyük gücə və rola malik ölkə olduğunu bildirib.
Həmçinin, Türkiyənin regionda sülhün və sabitliyin təmin edilməsində əsas rol oynadığını vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan isə ölkəsinin Serbiya ilə münasibətlərdə qızıl dövrünü yaşadığını qeyd edib.
Prezidentlər iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığının perspektivlərini də nəzərdən keçiriblər.