...

Turistlər qızıl mədənində ilişib qaldılar :1 nəfər öldü

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 12:02 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də ekskursiya zamanı qızıl mədənin dərinliyində qalan turistlər təhlükəli vəziyyətlə üzləşiblər.

Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, ABŞ-nin Kolorado ştatında yerləşən “Mollie Kathleen” qızıl mədənində ekskursiya zamanı 23 nəfərdən ibarət turist qrupu yerin altında ilişib qalıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Buna səbəb kimi lift avadanlığının nasazlığı göstərilib.

Qeyd olunub ki, qaldırıcı qurğu içərisində 12 turist, o cümlədən 2 uşaq olduğu vaxt sıradan çıxıb. Lift şaxtanın ortalarında ilişərək qrupun digər hissəsinin mədənin dərinliklərində qalmasına səbəb olub.

Xilasedicilər dərhal liftin içindəki insanları təxliyə edə biliblər. Qalan 12 turist isə lift təmir olunan müddətdə, təxminən 304 metr dərinlikdə, 10 dərəcə Selsi temperaturunda 6 saat keçirmək məcburiyyətində qalıb. Daha sonra onlar xilas edilib, lakin 1 nəfəri xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti