Bakı. Trend:
ABŞ-də Donald Trampın Kaliforniyadakı mitinqi zamanı qanunsuz silah saxlama ittihamı ilə həbs edilən şəxsin keçmiş prezidenti öldürməyə cəhd etdiyinə dair hələlik heç bir sübut yoxdur.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
"ABŞ Məxfi Xidməti hadisənin qoruyucu əməliyyatlara təsir etmədiyini və keçmiş prezident Trampın heç bir təhlükə altında olmadığını hesab edir", - deyə Məxfi Xidmət, FTB və Ədliyyə Nazirliyinin birgə bəyanatında deyilir.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.