...

ABŞ ordusu hava hücumundan müdafiə sistemlərini modernləşdirəcək

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 05:29 (UTC +04:00)

Bakı. Trend:

ABŞ ordusu hava hücumundan müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Vaşinqtonda keçirilən konfransda Quru qoşunları komandanı Kristin Uormut deyib.

"Dünya getdikcə qeyri-sabit olmağa davam edir, lakin ABŞ ordusunun transformasiyası bir neçə sahədə öz bəhrəsini verir. Birincisi, biz silah sistemlərimizi dəyişirik və köhnəlmiş silahları yeniləri ilə əvəz edirik. Hərbçilərin uzaq məsafədən döyüş meydanına daha sürətli çatdırılması üçün helikopterlər də modernləşdirilir”, - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti