...

İran İsrailə qarşı yeni hücum edəcəyini bəyan etdi

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 03:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin ötən gecə həyata keçirdiyi hava hücumlarından sonra İran hökumətinə bağlı ivrit dilində paylaşımlar edən "X" hesabında diqqətçəkən bir paylaşım edilib.

Trend-in "Azad İran"a istinadən verdiyi məlumata görə, həmin paylaşımda İranın İsrailə qarşı "Doğru Vəd-3" əməliyyatını həyata keçirəcəyi qeyd olunub.

Xatırladaq ki, İran SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) oktyabrın 1-də İsrailə qarşı keçirdiyi hücumu "Doğru Vəd-2" adlandırmışdı. İran rəsmiləri yeni əməliyyatın İsrailin son hücumlarına cavab olaraq daha təsirli olacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti