Daşkənd. Trend:
Özbəkistanda ölkə parlamentinə seçkilər keçirilib. Özbəkistan Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, parlament seçkilərində seçici fəallığı 71,52% təşkil edib.
Bu barədə Özbəkistan hökumətinin dəvəti ilə seçkilərin işıqlandırılmasında iştirak edən Trend-in xüsusi müxbiri məlumat verib.
Qeyd edək ki, Trend BİA Mərkəzi Asiyanın aparıcı xəbər provayderlərindən biri kimi qlobal informasiya məkanında mühüm yer tutur.
Trend-in müxbiri Özbəkistanda səsvermənin uğurla başa çatmasından xəbər verir. Hazırda səslərin hesablanması davam edir. İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.
Bundan əlavə, Özbəkistanda keçirilən seçkilərdə həm yerli, həm də xarici KİV-in 1068 nümayəndəsi akkreditasiyadan keçib. MDB, ŞƏT və Türk Dövlətləri Təşkilatının missiyaları çərçivəsində seçki prosesinin monitorinqində 850-dən çox xarici və beynəlxalq müşahidəçi də iştirak edib.