Bakı. Trend:
ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris eks-prezident, respublikaçı Donald Trampı seçki reytinqində üç faiz bəndi ilə qabaqlayır.
Trend xəbər verir ki, bunu “YouGov” sosioloji xidməti tərəfindən keçirilən sorğunun nəticələri sübut edir.
Nəticələrə görə, Harris respondentlərin 50 %-nin, Tramp isə 47 %-nin dəstəyini alıb.
Sorğu 25-31 oktyabr tarixlərində ABŞ-nin 57 784 seçici arasında aparılıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 5 noyabrda keçiriləcək.