...

Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünü təsdiqləyib

Dünya xəbərləri Materials 20 Noyabr 2024 04:55 (UTC +04:00)
Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünü təsdiqləyib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünü təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" nəşri iki Amerika rəsmisinə istinadən bildirib.

Onların sözlərinə görə, bu qərar “Rusiya qoşunlarının Ukraynanın şərqində irəliləməsi” ehtimalı ilə əsaslandırılır. Mənbələr bildirib ki, piyada əleyhinə minalar yalnız Vaşinqtonun Ukraynaya aid hesab etdiyi ərazilərdə istifadə olunacaq.

Qeyd edilib ki, bu tədbir 2022-ci ildə piyada əleyhinə minaların istifadəsini məhdudlaşdırmaq, onları Koreya yarımadasından kənarda faktiki olaraq tərk etmək qərarına gələn Bayden administrasiyasının siyasətinə ziddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti