Bakı. Trend:
Suriya ordusu Həma vilayətinin şimal sərhədində müdafiəni gücləndirib.
Trend-in məlumatına görə, bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Komandanlığı bildirib.
Qeyd olunub ki, terrorçuların ora sızması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
"Silahlı terror təşkilatlarının Həma vilayətinin şimalında <...> şəhərlərə sızması ilə bağlı səhifə və platformalarda yayılan xəbərlər həqiqətə uyğun deyil", - deyə bildirilib.
Suriya Baş Komandanlığı silahlı qüvvələrin “müdafiə xəttini gücləndirdiyini” və “istənilən mümkün hücumu dəf etməyə” tam hazır olduğunu vurğulayıb.