Bakı. Trend:
Hələbdə Rusiya və Suriyanın birgə həyata keçirdiyi aviazərbələr nəticəsində onlarla terrorçu məhv edilib.
Trend-in məlumatına görə, bu barədə Suriyanın SANA agentliyi respublikanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, Suriya və Rusiya Hərbi Hava Qüvvələrinin birgə aviazərbələri nəticəsində Hələb əyalətinin Safira şəhərinin kənarında onlarla terrorçu öldürülüb və yaralanıb.
Bundan əlavə, Suriyanın hava hücumundan müdafiə sistemləri Həma vilayətinin Masyaf şəhəri üzərində terrorçulara məxsus pilotsuz uçan aparatı vuraraq zərərsizləşdirib.