...

Cənubi Koreya parlamenti hərbi vəziyyətin ləğvinə səs verib

Dünya xəbərləri Materials 3 Dekabr 2024 20:26 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya parlamenti Prezident Yun Sok Yolun bir neçə saat əvvəl elan etdiyi hərbi vəziyyətin ləğvinə səs verib.

Trend xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

"Qətnamənin qəbulundan sonra hərbi vəziyyətin elan edilməsi etibarsızdır", - məlumatda deyilir. Səsvermədə parlamentin 300 deputatından 190-ı iştirak edib, onlarıb hamısı ləğvin lehinə səs verib.

Qeyd edək ki, bundan öncə Cənubi Koreyanın aparıcı müxalifət Demokratik Partiyası “Toburo” parlamentarilərini prezidentin elan etdiyi hərbi vəziyyətlə əlaqədar parlamentə toplaşmağa çağırıb.

Deputatlara hərbi vəziyyətin ləğvi prosesinin müzakirəsi və təşəbbüsü ilə bağlı iclasların keçirilməsi tapşırılıb.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.

Xəbər lenti

Xəbər lenti