Bakı. Trend:
Polşa Xarici İşlər Nazirliyi müxalif qüvvələrin hücumlarının səbəb olduğu gərginlik fonunda ölkə vətəndaşlarına Suriyanı dərhal tərk etmək çağırışı edib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin "X" sosial şəbəkəsində yayımlanan açıqlamasında bildirilib.
“Suriyada vəziyyətin qısa müddət ərzində bütün ölkə ərazisində sürətlə gərginləşməsi səbəbindən bu ölkədə yaşayan Polşa vətəndaşlarının dərhal Suriyanı tərk etmələri tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunub.
Nazirlik həmçinin vətəndaşların təhlükəsizliyi üçün təxirəsalınmaz tədbirlər görməyin vacibliyini vurğulayıb.