...

Türkiyədə iki hərbi helikopter toqquşdu - Altı hərbçi şəhid oldu, biri generaldır (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 9 Dekabr 2024 14:10 (UTC +04:00)
Türkiyədə iki hərbi helikopter toqquşdu - Altı hərbçi şəhid oldu, biri generaldır (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İsparta şəhərinin Keçiborlu rayonu ərazisində baş verən helikopter qəzası zamanı şəhid olan hərbçilərin sayı altıya yüksəlib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

xxx

13:15

Türkiyənin Isparta vilayətinin Keçiborlu rayon mərkəzində təlim uçuşu zamanı iki hərbi helikopter toqquşub.

Trend “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 hərbi qulluqçu şəhid olub, 1 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili yardım və yanğınsöndürmə qrupları cəlb edilib.

Məlumata əsasən, toqquşma nəticəsində bir hərbi helikopter qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə yerə endirilib.

Qeyd edilib ki, helikopterdə şəhid olanlardan biri Isparta Quru Aviasiya Məktəbinin Komandanı, general-mayor İsa Baydillidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti