Bakı. Trend:
Niger hakimiyyəti, Britaniyanın BBC telekanalının ölkə ərazisindəki yayımını üç ay müddətinə dayandırdığını elan edib.
Trend xəbər verir ki, məlumatı Nigeriya Xəbər Agentliyi ölkənin Rabitə Nazirliyinə istinadən yayıb.
Rəsmi məktubda qeyd olunub: “Sizdən xahiş edirəm ki, proqramları üç ay müddətinə dərhal dayandırın və Britaniya Yayım Korporasiyasının kanalının bütün Niger ərazisindəki ötürücü və qəbul vasitələrini ayırın”.
Niger hakimiyyəti, BBC-ni "ictimai əmin-amanlığı pozmağa və hərbçilərin mənəviyyatını sarsıtmağa yönəlmiş dezinformasiya yaymaqda" ittiham edib.
Qeyd edək ki, bundan əvvəl ölkədə France 24 telekanalı və Fransanın RFI radiostansiyası da qadağan edilib.