...

Birmingemdə karusel qəzası nəticəsində 13 nəfər yaralanıb

Dünya xəbərləri Materials 13 Dekabr 2024 05:26 (UTC +04:00)
Birmingemdə karusel qəzası nəticəsində 13 nəfər yaralanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birmingem şəhərinin mərkəzindəki Milad bazarında zəncirli karusel qəzası baş verib, nəticədə 13 nəfər xəsarət alıb.

Trend Sky News-a istinadən xəbər verir ki, attraksion “sınıb və yerə düşüb”. Hadisənin, insanların mindiyi zaman karuselin zəncirlərinin qırılması ilə əlaqəli olduğu iddia edilir.

West Midlands Təcili Yardım Xidmətinin məlumatına görə, xəsarət alan 13 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Yaralanmaları ciddi olmayan iki qadın xəstəxanaya çatdırılıb, digərlərinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

İlçe yanğınsöndürmə idarəsi attraksionun bir hissəsinin hərəkət zamanı yerə düşdüyünü bildirib. BBC-nin məlumatına əsasən, bu karusel qoşa oturacaqda oturan insanları 55 metr hündürlüyə qaldırır.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti