Bakı. Trend:
ABŞ-da kiçik təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb
Trend-in məlumatına görə, Nyu-York ştatının Vestçester qraflığında kiçik təyyarə magistral yolda qəzaya uğrayıb. Hadisə nəticəsində azı bir nəfər həyatını itirib.
ABC telekanalının polisə istinadən verdiyi xəbərə əsasən, təyyarədə iki nəfər olub. Qəzanın təfərrüatları barədə hələlik əlavə məlumat verilmir.