...

ABŞ, Filippin və Yaponiya liderləri təhlükəsizliyi müzakirə edirlər

Dünya xəbərləri Materials 13 Yanvar 2025 07:52 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Baş naziri Şigeru İşiba ABŞ prezidenti Co Bayden və Filippin lideri kiçik Ferdinand Markos ilə videobağlantı vasitəsilə üçtərəfli görüş keçirdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Məlumata əsasən, Tokiodakı iqamətgahında jurnalistlərlə söhbətində baş nazir bildirib ki, danışıqların iştirakçıları dəniz və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı okean infrastrukturunun qurulması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi lehinə çıxış ediblər.

İşiba həmçinin Baydenə bildirib ki, təkcə Yaponiyada deyil, həm də ABŞ-də işgüzar dairələr, vəzifədən gedən prezidentin "U. S. Steel" şirkətinin Yaponiyanın ən böyük polad istehsalçısı "Nippon Steel" şirkətinə satışını qadağan etmək qərarından narahatdırlar.

Xəbər lenti

Xəbər lenti