...

Korrupsiyaya Qarşı İstintaq İdarəsi Cənubi Koreya prezidenti mühafizəçilərinə müraciət etdi

Dünya xəbərləri Materials 13 Yanvar 2025 08:57 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyanın yüksək vəzifəli şəxslər barəsində Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi prezidentin mühafizə xidmətinə və Milli Müdafiə Nazirliyindən kömək istəyib.

Trend-in məlumatına görə, bu barədə İdarədən xəbər veriblər.

Bildirilib ki, müraciətdə ölkə prezidentinin həbsinin qarşısını almaq cəhdlərinə görə məsuliyyət xatırlanıb.

Müdafiə Nazirliyinə bildirilib ki, hərbi qulluqçular və ya onların texnikası müstəntiqlərə müdaxilə etdikdə, hərbi qulluqçular və onların komandanlığı dövlət qulluqçularına xidməti vəzifələrinin icrasına mane olma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dəymiş ziyana görə cəzalandırılacaq. Hüquq-mühafizə orqanı hadisələrin belə inkişaf etməməsi üçün əvvəlcədən tədbir görülməsini xahiş edib.

Oxşar məzmunlu məktub prezidentin mühafizə xidmətinin rəhbərliyinə - altı departamentin direktorlarına göndərilib. Onlara, həmçinin, dövlət qulluqçusu statusunun itirilməsi və pensiya məhdudiyyətləri də daxil olmaqla, “Dövlət Qulluğu haqqında” Qanuna əsasən mülki məsuliyyət və mümkün nəticələr barədə xatırladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti