...

"Qazprom" kütləvi ixtisarlara hazırlaşır

Dünya xəbərləri Materials 13 Yanvar 2025 14:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qazprom”un mərkəzi aparatı azı iki dəfə ixtisar olunacaq. Heyətin 4.1 min nəfərdən 2.5 nəfərə qədər azaldılacağı bildirilir.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə korporasiyanın idarə heyəti sədrinin müavini Yelena İlyuxina təklif irəli sürüb.

Məlumata əsasən, ixtisarlara zəmin “təkrarlanan funksiyalar və bürokratik prosesslərin həddən artıq olması”, “əməkdaşların nəticələrinə hədəflənmənin artırılması”, həmçinin, “idarəetmə və istehsal proseslərinin bütün səviyyələrində məsrəflərin optimizasiyası” olub.

Sənəddə qeyd olunur ki, 20 il ərzində “Qazprom” administrasiyasının tərkib sayı əhəmiyyətli dərəcədə artıb, işçilərin əməkhaqqı fondu isə ilə 50 milyard rublu ötməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti