...

Belqradda İtaliya-Serbiya Biznes Forumu keçiriləcək

Dünya xəbərləri Materials 31 Yanvar 2025 08:13 (UTC +04:00)
Belqradda İtaliya-Serbiya Biznes Forumu keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belqradda İtaliya-Serbiya Biznes Forumu təşkil olunacaq.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İtaliya Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bu gün Serbiyanın paytaxtı Belqrada səfər edəcək. Səfər çərçivəsində o, Serbiya Prezidenti Aleksandar Vuçiç və xarici işlər naziri Marko Curiç ilə görüşlər keçirəcək.

Forumda İtaliya və Serbiyanın 400-dən çox şirkəti təmsil olunacaq. Tədbir çərçivəsində enerji keçidi, aqrotexniki və sənaye sahələri, xüsusilə yüksək texnoloji məzmunlu sektorlarda əməkdaşlıq üçün yeni imkanlar müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti