...

Tramp "X"ə qarşı məhkəmədə qaldırdığı iddianı geri götürdü

Dünya xəbərləri Materials 8 Fevral 2025 10:20 (UTC +04:00)
Tramp "X"ə qarşı məhkəmədə qaldırdığı iddianı geri götürdü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp “X” sosial şəbəkəsindən qovulması ilə bağlı məhkəmədə qaldırdığı iddianı geri götürüb.

Trend xəbər verir ki, bu haqda “Bloomberg” məhkəmə bildirişinə istinadən məlumat yayıb.

2021-cilin yanvar ayında etirazçıların Kapitoli binasına basqınından sonra mediaplatformaların əksəriyyəti yazdığı qalmaqallı məlumatlara görə Trapmın hesablarını bloklayıb və buna cavab olaraq o, “X”, “Facebook” və “Google”u məhkəməyə vermişdi.

Lakin prezident seçilməsindən sonra Tramp adıçəkilən şirkətlərin rəhbərləri ilə münasibətlər qurub və qarşılıqlı-faydalı bir sıra razılaşmalar əldə edib.

Siyasətçinin əksər hesablarının bərpa olunmasına baxmayaraq, Ağ Ev rəhbəri daha 2022-ci ildən etibarən “Truth Social” sosial şəbəkəsindən daha aktiv istifadə edir və vacib mesajlarını orada bölüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti