Bakı. Trend:
Qan donorluğu ilə dünyada iki milyondan çox körpəni xilas etmiş avstraliyalı Ceymz Harrison 88 yaşında vəfat edib.
Trend BBC-yə istinadən xəbər verir ki, “qızıl qollu avstraliyalı” kimi tanınan donorun qanında Anti-D adlanan nadir antitel olub.
Onun qanının bu xüsusiyyəti sayəsində ondan götürülən nümunədən alimlər hamiləliyi təhlükə altında olan qadınlar üçün (immun sistemi döldə olan körpəyə hücum edən hallara qarşı) xüsusi peyvənd hazırlayıb.
Avstraliyanın Qırmızı Xaç Komitəsindən bildiriblər ki, Harrison 14 yaşında döş qəfəsi nayihəsindən cərrahiyyə əməliyyatı keçirdikdən sonra müntəzəm olaraq qan ianə edəcəyini əhd edib. Beləcə, o, 18 yaşından etibarən 81 yaşına qədər hər iki həftədən bir qan verib.