Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp, ABŞ və Kanada arasında sərhədi müəyyən edən müqaviləni tanımadığını və ona yenidən baxmaq niyyətində olduğunu bildirib.
Trend-in MSN-ə istinadən verdiyi məlumata görə, Kanadanın baş naziri Castin Trüdo ilə söhbət zamanı Tramp, 1908-ci ildə İngiltərənin dominionu olan Kanada ilə imzalanmış sərhəd müqaviləsinin etibarlı olmadığını qeyd edib.
Həmçinin, o, iki ölkə arasında göl və çayların bölüşdürülməsi ilə tənzimlənən sazişləri yenidən müzakirə etməkdə maraqlı olduğunu bildirib, lakin əlavə izahat verməyib.
Tramp əvvəllər də bu məsələ ilə maraqlandığını vurğulayıb.