Bakı. Trend:
ABŞ-də Tramp administrasiyasının büdcə xərclərini azaltması fonunda bu ölkənin Təhsil Nazirliyi işçi qüvvəsinin az qala yarıya qədərini ixtisar etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Martın 21-dən etibarən kütləvi ixtisarlara təxminən 2100 nazirlik əməkdaşının düşəcəyi bildirilir.
Qeyd edək ki, ABŞ Təhsil nazirliyinin illik büdcəsi 238 milyard dollar təşkil edir və qurumda 4 mindən çox insan çalışır.