...

Makron və Zelenski Parisdə görüşüb, Fransa Ukraynaya 2 milyard avro yardım ayırır

Dünya xəbərləri Materials 26 Mart 2025 23:28 (UTC +04:00)
Makron və Zelenski Parisdə görüşüb, Fransa Ukraynaya 2 milyard avro yardım ayırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə görüşüblər.

Trend xəbər verir ki, görüş Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinin müzakirə olunacağı sammit ərəfəsində baş tutub.

Yelisey sarayında keçirilən mətbuat konfransında Makron Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırdıqlarını açıqlayıb.

"Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi barədə elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır", – Makron bildirib.

Yardım paketinə aşağıdakı silah və texnikalar daxildir:

MILAN tank əleyhinə raketləri

MICA hava hücumundan müdafiə raketləri

Mirage döyüş təyyarələri üçün raketlər

Mistral yerüstü müdafiə raketləri

AMX-10RC zirehli maşınları

Uzaqdan idarə olunan döyüş sursatları

Bundan əlavə, Fransa Ukraynada hərbi texnika istehsalını maliyyələşdirəcək.

Qeyd edək ki, martın 20-də Zelenski Makronun zənginə dərhal cavab verməkdən imtina etmiş, brifinqdə olduğunu bildirərək, 15-20 dəqiqə sonra geri zəng edəcəyini vəd etmişdi.

Xəbər lenti

Xəbər lenti