...

Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 28 Mart 2025 03:14 (UTC +04:00)
Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Böyük Britaniya kralı III Çarlz martın 27-si müayinə üçün qısa müddətə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Bukinqem Sarayından bildiriblər.

Məlumata əsasən, onun i xəstəxanaya yerləşdirilməsi xərçəng xəstəliyinin müalicəsinin "müvəqqəti yan təsirləri" ilə əlaqəlidir.

"Əlahəzrət artıq Klarens Hausa qayıdıb", - deyə bildirilib.

Həkimlərin məsləhəti ilə cümə axşamı və cümə günləri onun iştirakı ilə planlaşdırılan tədbirlər ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti