...

HƏMAS nümayəndə heyətini Qahirəyə göndərdiyini təsdiqləyib

Dünya xəbərləri Materials 13 Aprel 2025 02:51 (UTC +04:00)

Bakı. Trend:

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək üçün Misirə danışıqlar heyəti göndərdiyini təsdiqləyib.

Trend-in məlumatıma görə, bu barədə hərəkatın "Telegram" kanalında məlumat verilib.

"[Qəzza hərəkatının lideri] Xəlil əl-Heyanın rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Misir tərəfinin dəvəti ilə bu gün Qahirəyə yola düşüb", - deyə bildirilib.

Məlumata əsasən, hərəkat nümayəndələrinin Qahirədə məsləhətləşmələr zamanı "Misir və Qətərdən olan danışıqlarçılarla atəşkəs razılaşmasının əldə olunmasını" müzakirə edəcəkləri gözlənilir. HƏMAS bildirib ki, Qəzzada uzunmüddətli atəşkəs, İsrail ordusunun oradan tamamilə çıxarılması və israilli girovların fələstinli məhbuslarla mübadilə edilməsinə dair ciddi razılaşma daxil olmaqla istənilən təklifə müsbət baxmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti