...

Fransada həbsxanalara kütləvi hücumlar olub

Dünya xəbərləri Materials 15 Aprel 2025 15:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada bir gecədə bir neçə həbsxanaya hücumlar olub.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri ədliyyə naziri Ceral Darmaninə istinadən məlumat yayıb.

Məlumata görə, Tulon, Eks-an-Provans, Marsel, Valens, və Nims şəhərələrində, həmçinin Paris yaxınlığında yerləşən Villepinte və Nanterdəki cəzaçəkmə müəssisələri hədəfə alınıb. Naməlum şəxslər həbsxanaların avtomobil duracaqlarındakı nəqliyyat vasitələrini oda verib, bir həbsxananın əsas girişinin isə avtomat silahdan atəşə tutulduğu deyilir.

Ədliyyə naziri Jerald Darmanen paralel baş verən hücumları hökumətin son zamanlar narkotik vasitə qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməsi ilə əlaqələndirib.

Ölkənin daxili işlər naziri Bruno Retayo isə dövlətin baş verən hücumlara qarşı reaksiyasının “amansız” olacağını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti