Bakı. Trend:
Amerikanın “Google” şirkəti Böyük Britaniyada məhkəməyə verilib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Rəqabət məsələləri üzrə Apelyasiya Məhkəməsinə (Britaniya) daxil olan iş materiallarına istinadən məlumat yayıb
Qeyd edilib ki, kollektiv iddia ərizəsində şirkətin 5 milyard funt sterlinq (təxminən 11,2 milyard AZN - red.) məbləğində təzminat ödəməsi tələb olunur.
Məlumata görə, kollektiv iddia ərizəsinə əsasən, “Google “şirkəti öz inhisarçı mövqeyini möhkəmləndirmək məqsədilə öz mövqeyindən suistifadə etməklə rəqib axtarış sistemlərinin fəaliyyətini məhdudlaşdırır.
Ərizədə o da qeyd olunur ki, şirkət “Google”un “Safari” brauzerində əsas axtarış mühərriki qalması üçün “Apple” şirkətinə milyardlarla dollar pul ödəyib.