...

Bu ölkənin Ədliyyə Nazirliyi güclü kiberhücuma məruz qalıb

Dünya xəbərləri Materials 19 May 2025 14:14 (UTC +04:00)
Bu ölkənin Ədliyyə Nazirliyi güclü kiberhücuma məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın Ədliyyə Nazirliyi “əhəmiyyətli” kiberhücuma məruz qalıb. Hücum nəticəsində 2010-cu ildən etibarən nazirliyə ərizə ilə müraciət etmiş yüz minlərlə Britaniya sakinin şəxsi məlumatları oğurlanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, hakerlərin ələ keçirdiyi məlumatlara ərizəçilərin əlaqə nömrələri, ünvanları, doğum tarixləri, fərdi identifikasiya nömrələri, məhkumluqla bağlı məlumatları, məşğulluq statusu və kreditlər üzrə maliyyə məlumatları daxil ola bilər.

Hakerlər isə artıq 2,1 milyon sətrlik məlumat bazasına sahibləndiklərini iddia ediblər. Bu rəqəm hələ ki, rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti